Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadə  Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
# 17 mart 2017 13:11 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

QMİ-dən APA-ya verilən məlumata görə, təbrikdə Novruzun qədim tariximizdə özəl yeri və önəmi olan xalq bayramı olduğu vurğulanıb: “Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə Novruz günlərinə daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır”.

QMİ sədrinin bayram təbrikində daha sonra deyilir: “Əziz həmvətənlərim! Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR