Ölkəyə qaçaq yolla gətirilmiş külli miqdarda ekstazini yaymaq istəyən şəxslər tutulub

Ölkəyə qaçaq yolla gətirilmiş külli miqdarda ekstazini yaymaq istəyən şəxslər tutulub
# 17 mart 2017 14:34 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb.

DTX-nin ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu saxlanılıblar.

Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbi, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddəsi aşkarlanaraq, götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR