Hikmət Çətin: “Qərbdə demokratiya böhran keçirir”

Hikmət Çətin: “Qərbdə demokratiya böhran keçirir”
# 17 mart 2017 15:08 (UTC +04:00)

”Hazırda Qərb ölkələrində demokratiya böhran dövrünü keçirir. Bu böhran elə demokratiya yolu ilə həll edilməlidir”.

APA-nın məlumatına görə, bunu V Qlobal Bakı Forumu çərçivəsində “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük hədə hesab edilirmi” mövzusunda keçirilən paneldə sualları cavablandıran Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.

H. Çətin bildirib ki, ölkələrin gələcəyi gənclər və qadınlardan asılıdır: “Gənclər narazıdırlarsa, siyasi proseslərdə iştirak etməlidirlər. Gənclər və qadınların siyasi həyatda aktiv iştirakı demokratiyanın bərqərar olmasına gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR