Şirvan şəhərində 15 yaşlı oğlanı maşın vurub.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Ramin Ağakərim oğlu Rzayev idarə etdiyi “VAZ-2107” markalı, 54 BC 674 dövlət nömrə nişanlı avtomobillə yolu keçən, 2002-ci il təvəllüdlü Seymur Arif oğlu Məmmədovu vurub. Nəticədə piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.