NATO PA-nın seminarında Azərbaycan bir deputatla təmsil olunacaq

NATO PA-nın seminarında Azərbaycan bir deputatla təmsil olunacaq
# 17 mart 2017 16:18 (UTC +04:00)

Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 94-cü Rouz-Rout seminarında iştirak etmək üçün martın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə səfər edəcək.

Parlamentdən APA-ya verilən məlumata görə, seminarda Qərbi Balkan ölkələrində Avro-Atlantik inteqrasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq, siyasi proseslərin gedişi ilə bağlı məsələlər müzakirə olunacaq.

Yığıncaqda, eyni zamanda, Bosniya və Herseqovinada müdafiə sahəsində islahatlar, daxili etnik münasibətlər, Makedoniyada inkişaf prosesləri, Yaxın Şərq regionunda sabitliyin təmin edilməsi, Suriyada, İraqda, Liviyada son durum və ekstremizmə qarşı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılacaq. Millət vəkili toplantıda qoyulan məsələlərə öz münasibətini bildirəcək.

Səfər martın 24-də başa çatacaq.

Qeyd edək ki, ildə bir dəfə keçirilən seminarda Azərbaycan bütöv nümayəndə heyəti ilə təmsil olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR