Milli Məclisin deputatı Bolqarıstanda parlament seçkilərini izləyəcək

Milli Məclisin deputatı Bolqarıstanda parlament seçkilərini izləyəcək
# 17 mart 2017 16:19 (UTC +04:00)

Milli Məclisin deputatı Musa Quliyev martın 25-dən 28-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, deputat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı missiyasının tərkibində Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Deputat digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR