Yəməndə hava zərbəsi nəticəsində 42 qaçqın ölüb

Yəməndə hava zərbəsi nəticəsində 42 qaçqın ölüb
# 17 mart 2017 17:41 (UTC +04:00)

Yəmən sahillərində naməlum helikopterdən endirilən hava zərbəsi nəticəsində Somalidən olan 42 qaçqın ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, sağ qalan 66 nəfər Yəmənin Xodeyda şəhərinə çatdırılıb.

Məlumata əsasən, qaçqınları daşıyan gəmi “Apaç” helikopterindən atəşə tutub. Yəməndən Sudana üzən gəminin sərnişinlərində BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının verdiyi sənədlər olub.

Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR