Gədəbəydə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Gədəbəydə avtomobil maneəyə çırpılıb, xəsarət alan var
# 17 mart 2017 19:24 (UTC +04:00)

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Kənd sakini 1995-ci il təvəllüdlü Quliyev Hikmət Sübhan oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında maneəyə çırpılıb. Sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR