Lənkəranda evə basqın olub, ev sahibi ağır yaralanıb

Lənkəranda evə basqın olub, ev sahibi ağır yaralanıb
# 17 mart 2017 21:22 (UTC +04:00)

Lənkəranda evə girən oğrular ev sahibini ağır yaralayaraq qaçıblar.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Xulmili kəndində, 1950-ci il təvəllüdlü Vahab Səfərov Xalıq oğluna məxsus evdə baş verib.

Ev sahibi oğrulara müqavimət göstərərkən küt alətlə başından vurulub. Hadisədən dərhal sonra yaralı Lənkəran Rayon Mərkəzi xəstəxanasına gətirilib. Güclü kəllə-beyin travması alan V.Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.

Hələ ki hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR