Sumqayıtda top mərmisi aşkarlanıb

Sumqayıtda top mərmisi aşkarlanıb
# 17 mart 2017 22:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və döyüş tətbiqinə yararlı 1 ədəd 122 millimetr çaplı top mərmisini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xilasedicilər əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR