ABŞ Ədliyyə nazirliyi Trampın telefonlarının dinlənilməsinə dair materialları Konqresə göndərib

ABŞ Ədliyyə nazirliyi Trampın telefonlarının dinlənilməsinə dair materialları Konqresə göndərib
# 17 mart 2017 23:08 (UTC +04:00)

ABŞ Ədliyyə nazirliyi Konqresin müvafiq komitələrinə “Trump Tower”-də telefonların dinlənilməsinə dair materialları Konqresə göndərib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ədliyyə nazirliyinin rəsmisi Sara Flores bildirib.

Martın 20-də Konqresdə ABŞ prezidenti Donald Trampın qərargahında telefonların dinlənilməsinə dair xüsusi iclas keçiriləcək. İclasa dəvət edilən Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi konqresmenlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, Trampın iddiasına görə, onun seçki kampaniyası dövründə Obamanın tapşırığı ilə "Trump Tower"də telefon danışıqları xüsusi xidmət orqanları tərəfindən dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR