Oğuzda fərdi evdə yanğın olub

Oğuzda fərdi evdə yanğın olub
# 17 mart 2017 23:16 (UTC +04:00)

Oğuzda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Qumlaq kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 147 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağında tüstü bacasının ətrafı 6 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR