Kanadada iki təyyarə havada toqquşub, ölən və yaralananlar var

Kanadada iki təyyarə havada toqquşub, ölən və yaralananlar var
# 18 mart 2017 00:08 (UTC +04:00)

Kanadanın Monreal şəhərində iki yüngülmotorlu “Cessna 152" təyyarəsi havada toqquşub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, pilotlardan biri ölüb, digəri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, təyyarələrdən biri ticarət mərkəzinin damına, digəri isə yaxınlıqdakı avtomobil dayanacağına düşüb. İnsanlar ticarət mərkəzindən dərhal təxliyə edilib, iki nəfərin xəsarət aldığı bildirilir.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR