Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu yük avtomobilləri üçün bağlanıb.
APA-nın “Kommersant”-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.
Yolun Moskva vaxtı ilə saat 22:45-dan etibarən bağlandığı bildirilir. Yol qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.