"Gilan Qəbələ Aqrotexservis"in səhmdarlarının iyunda toplantısı keçiriləcək

"Gilan Qəbələ Aqrotexservis"in səhmdarlarının iyunda toplantısı keçiriləcək
# 18 mart 2017 06:45 (UTC +04:00)

Cari ilin iyun ayının 8-də "Gilan Qəbələ Aqrotexservis" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin Direktorlar şurasının elanında deyilir.


İclasın gündəliyinə daxil olan məsələlər bunlardır:

- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);

- 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə Təftiş komissiyasının hesabatı;

- sair məsələlər (təşkilati məsələ).

Yığıncaq cəmiyyətin yerləşdiyi Qəbələ rayonu, Hacallı kəndində keçiriləcək. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar ümumi yığıncağın

keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR