Xəzər rayonunda badam bağları salınacaq

Xəzər rayonunda badam bağları salınacaq
# 18 mart 2017 06:53 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, SKMF Xəzər rayonunun Mərdəkan qəsəbəsində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR