"Bakıtikişsənaye"nin rəhbərliyi yenidən formalaşacaq

"Bakıtikişsənaye"nin rəhbərliyi yenidən formalaşacaq
# 18 mart 2017 07:03 (UTC +04:00)

Cari ilin iyunun 2-də "Bakıtikişsənaye" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin Direktorlar şurasının yaydığı elanda deyilir.

İclasın gündəliyinə daxil olan məsələlər bunlardır:

- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);

- 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə Təftiş komissiyasının hesabatı;

- təşkilati məsələlər (Müşahidə şurası və Təftiş komissiyasının tərkibinə baxılması);

- sair məsələlər.


Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, H.Əliyev küçəsi, 1008-ci məhəllədəki binada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR