Vaşinqtonda Novruz şənliyi keçirilib

Vaşinqtonda Novruz şənliyi keçirilib
# 18 mart 2017 07:42 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda Novruz Bayramı münasibətilə tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Vaşinqton və ətraf ərazilərdə yaşayan soydaşlarımız, diplomatik korpus və yerli ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov bu bayramın təbiətin dirçəlməsi ilə bağlı olduğunu xatırladaraq Azərbaycan xalqının da dirçəliş mərhələsindən keçərək 1991-ci ildə öz azadlığı və müstəqilliyinə nail olduğunu vurğulayıb.

Səfir Heydər Əliyevin strategiyası və prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrildiyini bildirib.

Tədbir musiqi hissəsi ilə yekunlaşıb. Canlı musiqinin sədaları altında qonaqlara milli yeməklər və Novruz şirniyyatları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR