Türkiyə XİN Krımın ilhaqının 3 illiyi ilə bağlı bəyanat verib

Türkiyə XİN Krımın ilhaqının 3 illiyi ilə bağlı bəyanat verib
# 18 mart 2017 09:47 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Krımın Rusiya tərəfindən ilhaqının 3 illiyi ilə bağlı bəyanat yayıb.

APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən bu vəziyyətin qəbuledilməz olduğu bir daha vurğulanıb: “Bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi ifadə edirik. Türkiyə Krımdakı vəziyyəti yaxından izləməyə və yarımadanın əsl sakinləri olan Krım tatar türklərinin haqq və mənafelərini müdafiə etməyə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR