Bakıda tikinti şirkətinin konteyneri yanıb

Bakıda tikinti şirkətinin konteyneri yanıb
# 18 mart 2017 14:52 (UTC +04:00)

Bakının Yasamal rayonu ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ərazidə tikinti aparan şirkətə məxsus və texniki otaq kimi istifadədə olan konteynerdə qeydə alınıb.


Hadisə yerinə FHN-in Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın saat 17:13-də söndürülüb.

Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb, yanğının səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR