Vaşinqton ətrafında ev partlayıb

Vaşinqton ətrafında ev partlayıb
# 18 mart 2017 20:28 (UTC +04:00)

ABŞ paytaxtı Vaşinqtonun ətrafında güclü partlayış nəticəsində fərdi ev tamamilə dağılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis hazırda uçmuş evin yeganə sakinini axtarır, onun partlayış zamanı evdə olub-olmaması məlum deyil.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Məlumata görə, insidentin baş verdiyi gün evin hərracda satışa çıxarılması planlaşdırıbmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR