Premyer Liqada XXIII turun ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Premyer Liqada XXIII turun ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 18 mart 2017 20:51 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son turun ilk günündə iki oyun baş tutub.

Tura Gəncədə start verilib. Autsayderlər qrupundan uzaqlaşmağa çalışan “Kəpəz” avrokubok arzusunda olan “Sumqayıt”ı qəbul edib. Oyunun taleyinə 1 qol həll edib. Meydan sahibləri 1 qolla ardıcıl 2-ci qələbəsini qazanıb. Qonaqlar isə ardıcıl 4-cü məğlubiyyətini alıb.

Qeyri-adi vaxtda başlayacaq turun mərkəzi oyununda “Neftçi” “İnter”i sınağa çəkib. 80 illik yubiley qeyd edən “ağ-qaralar” yarandığı 1937-ci ili təcəssüm edən 19:37-də başlayan matçda “İnter”lə üz-üzə gəlib. “Ağ-qaralar” 2:1 hesablı qələbə ilə 1 pillə irəliləyib.

Azərbaycan Premyer Liqası

XXIII tur

18 mart

“Neftçi” – “İnter” - 2:1

Qollar: Uqo Barqas, 42, Rəhman Hacıyev, 70 - Nizami Hacıyev, 72

8-ci km qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 1:2, 2:1, 3:1

“Kəpəz” – “Sumqayıt” - 1:0

Qol: Dario Federiko, 45

Gəncə şəhər stadionu

İlk 3 dövrədəki oyunlar: 1:1, 0:0, 3:1

1.

Qarabağ

22

15

3

4

37-11

48

2.

Qəbələ

22

13

7

2

41-12

46

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

22

8

5

9

20-23

29

5.

Neftçi

23

8

2

13

19-36

26

6.

Sumqayıt

23

6

7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

AZAL

22

1

6

15

9-36

9

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR