Gürcüstanda nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub

Gürcüstanda nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub
# 19 mart 2017 00:53 (UTC +04:00)

Gürcüstanda meteoroloji şəraitin pisləşməsi səbəbindən nəqliyyat vasitələrinin Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bundan əvvəl analoji səbəbdən Rusiya istiqamətində Hərbi Gürcüstan yolu ilə nəqliyyatın hərəkətinə qadağa qoyulmuşdu.

Qarın intensiv yağması səbəbindən nəqliyyat vasitələrinin Nardevani – Paravani yolunun 94-110 km hissəsində bütün növ nəqliyyat vasitələrinin, Rodionovka-Ninotsminda yolunun 110-146 km hissəsində isə iritonnajlı yük maşınlarının və oturacaqların sayının 30-dan çox olan avtobusların hərəkətinə qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR