Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanılıb

Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanılıb
# 19 mart 2017 06:38 (UTC +04:00)

Vaşinqtonda Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanılıb.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, bir kişi Ağ Evdə nəzarət-keçid məntəqəsinə yaxınlaşıb və avtomobilində bomba olduğunu bildirib.

Hələ ki, avtomobildə bomba olub-olmadığı təsdiqini tapmayıb. Olaydan sonra təhlükəsizlik tədbirləri gücləndirilib, yaxın küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb. Avtomobildə mütəxəssislər axtarış aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR