Polşada qasırğa 120 evin damını uçurub

Polşada qasırğa 120 evin damını uçurub
# 19 mart 2017 11:32 (UTC +04:00)

Polşada güclü qasırğa ciddi ziyana yol açıb.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, dünən və bu gün güclü qasırğa ölkənin qərbində 120 evin damının uçmasına, 22 min insanın elektrik enerjisindən məhrum olmasına səbəb olub.

Meteoroloqlar yağış və dolu ilə müşayiət olunan küləyin sürətinin saatda 90 km-ə çatdığını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR