Abşeronda tövlə yanıb, 10 baş iribuynuzlu heyvan tələf olub

Abşeronda tövlə yanıb, 10 baş iribuynuzlu heyvan tələf olub
# 19 mart 2017 12:35 (UTC +04:00)

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan taxta konstruksiyalardan ibarət tövlə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində olan 10 baş iribuynuzlu heyvan tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR