Ağ Ev Trampın Merkelin əlini sıxmamasına aydınlıq gətirib

Ağ Ev Trampın Merkelin əlini sıxmamasına aydınlıq gətirib
# 19 mart 2017 13:41 (UTC +04:00)

ABŞ mətbuat katibi Şon Spayser ABŞ prezidenti Donald Trampın Almaniya baş naziri Angela Merkelin əlini sıxmamasına aydınlıq gətirib.

APA-nın “Spiegel” istinadən verdiyi məlumata görə, Ş. Spayser D. Trampın jurnalistlərin bununla bağlı müraciətini eşitmədiyini güman etdiyini söyləyib.

Qeyd edək ki, D. Tramp və A. Merkelin görüşü zamanı jurnalistlər onların bir-birlərinin əlini sıxmasını xahiş ediblər. A. Merkel də D. Trampın əlini sıxmaq üçün baxsa da, D. Tramp ona reaksiya verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR