Əfqanıstanda amerikalı əsgərlərə atəş açılıb

Əfqanıstanda amerikalı əsgərlərə atəş açılıb
# 19 mart 2017 16:12 (UTC +04:00)

Əfqanıstanın Hilmənd vilayətində NATO hərbi bazasında Əfqanıstan ordusunun əsgəri amerikalı hərbçilərə atəş açıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 3 amerikalı hərbçi yaralanıb.

Əfqan hərbçi cavab atəşi ilə öldürülüb. Yaralı ABŞ əsgərləri xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR