Qərbi Mosulda 6 İŞİD lideri məhv edilib

Qərbi Mosulda 6 İŞİD lideri məhv edilib
# 19 mart 2017 17:45 (UTC +04:00)

Qərbi Mosulda beynəlxalq koalisiyanın hərbi təyyarələri 6 İŞİD liderini məhv edib.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq müdafiə nazirliyinin məlumatında deyilir.

Məhv edilənlərin arasında “Tarek ben Ziyad” briqadasına başçılıq edən Rusiya vətəndaşı Abdel Kərim ər-Rusinin olduğu da bildirilir. Onunla birgə İŞİD iyerarxiyasında yüksək mövqe tutan iki Mərakeş, bir Fransa, Böyük Britaniya və Türkiyə vətəndaşı öldürülüb.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR