Siciliya boğazında 3000-dən çox miqrant xilas olunub

Siciliya boğazında 3000-dən çox miqrant xilas olunub
# 19 mart 2017 22:04 (UTC +04:00)

Siciliya boğazında Avropaya keçmək istəyən 3 000 -dən çox miqrant xilas edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Sahil Mühafizə Xidmətinin məlumatında bildirilir.

Ümumilikdə gün ərzində İtaliya Sahil Mühafizə Xidməti və Avropa İttifaqının “EunavforMed” missiyasının iştirakı ilə 22 əməliyyat həyata keçirilib. Xilas olunanların milliyyəti barədə məlumat yoxdur.

İtaliya daxili işlər nazirliyinin məlumatına görə, ötən il Aralıq dənizi vasitəsilə ilə ölkəyə 181 mindən çox miqrant gəlib. Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına əsasən, bu ilin yanvar və fevral aylarında İtaliyadan Avropaya 11 minə yaxın miqrant keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR