Bərdədə fərdi evdə yanğın olub

Bərdədə fərdi evdə yanğın olub
# 19 mart 2017 23:03 (UTC +04:00)

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 m2 olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin tavanı 13 m2 sahədə və 3 otaqda ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR