Moldovada Novruz bayramı qeyd edilib

Moldovada Novruz bayramı qeyd edilib
# 19 mart 2017 23:48 (UTC +04:00)

Martın 18-də Azərbaycanın Moldovadakı səfirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və Moldova azərbaycanlılarının Konqresinin təşkilatçılığı ilə Kişinyovda Novruz şənliyi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndələri, Moldova dövlət orqanlarının nümayəndələri, ictimai-siyasi xadimlər, media nümayəndələri, Azərbaycan diasporun üzvləri, azərbaycanlı tələbələr və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Moldova azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov qeyd edib ki, Moldova xalqının tolerantlığı, bu ölkədə yaradılan şərait nəticəsində Moldova çox saylı azərbaycanlılar və türklər üçün ikinci vətən olub. Həmçinin diaspor rəhbəri zəngin bayram mədəniyyətinin əks etdirən, Novruz bayramının Kişinyov şəhərində qeyd olunmasının artıq ənənə halına çevrildiyini bildirib.

Moldova parlamentinin sədr müavini Liliana Polixoviç Moldova ilə Azərbaycan xalqlarının mədəniyyət və adət-ənənələrinin oxşarlığını qeyd edib. "Moldova azərbaycanlılarının Moldova cəmiyyətinə inteqrasiyasi və onların bu ölkənin bir hissisə və tamhüquqlu vətəndaşları olması vacibdir,"- deyə, millət vəkili bildirib.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bayram münasibəti ilə qonaqları təbrik edərək, "Novruzun"azərbayan xalqının ən sevimli bayramlardan biri olduğunu vurğulayıb. "Bu bayram yazın gəlməsi, təbiətin oyanması və yenilənməsinin rəmzidir. Moldovada oxşar bayram "Martişor" adlanır. Bu da xalqlarımızı birləşdirən oxşarlıqlardan biridir", - deyə, diplomat qeyd edib. Türkiyənin Moldovadakı səfiri Xulusi Kılıç bildirib ki, Azərbaycan ilə Türkiyə "İki dövlət, bir millət" şüarları ilə yaşayırlar: "Novruz"tədbirinin birgə keçirilməsi iki xalqın və iki dövlətin dostluğunun daha bir nümunəsidir", - deyə diplomat vurğulayıb. O Türk səfirinin eyni zamanda Azərbaycanın maraqlarını, Azərbaycan səfirinin isə Türkiyə maraqlarını müdafiə etdiyini qeyd edib.

Moldova mədəniyyət naziri İqor Şarov çıxışında Azərbaycan bayram mədəniyyətinin, o cümlədən "Novruz bayramının" zənginliyini qeyd edib, tədbir iştirakçıları ilə Bakıya səfəri və Azərbaycan haqqında təəssüratları ilə bölüşüb. Həmçinin, o Moldova xalçalarının YUNESKO mədəni irsi siyahısına daxil olması məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə həmkarlarına təşəkkürünü çatdırıb. Moldova Respublikasının millətlərarası bürosunun sədr müavini Vera Petuxov Moldovada millətlər arası dostluğun möhkəmlənməsi və inkişafına verdiyi töhfəyə görə Moldova azərbaycanlılarına təşəkkür edib. Kişinyov şəhərinin icra hakimiyyətinin sosial-humanitar və millətlər arası münasibətlər idarəsinin rəhbəri Kristina Aparatu şəhərin meri adından qonaqları təbrik edib və bu bayramın Kişinyovda keçirilməsi ənənəsinin davam edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbir çərçivəsində qonaqlara azərbaycan, türk və moldovan milli musiqisi və rəqslərindən ibarət konsert proqramı nümayiş olunub, milli azərbaycan və türk mətbəxini əks etdirən bayram süfrəsi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR