Qanada qasırğa zamanı 20 məktəbli ölüb

Qanada qasırğa zamanı 20 məktəbli ölüb
# 20 mart 2017 03:41 (UTC +04:00)

Qanada qasırğa zamanı 20 məktəbli ölüb, 11-i xəsarət alıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin mərkəzi bölgəsində, Kintampo şəlaləsi yaxınlığında baş verib.

Məlumata görə, güclü qasırğa ağacları çayda çimən uşaqların üzərinə aşırıb. 18 nəfər hadisə yerində, daha ikisi xəstəxanada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR