Salyanda avtomobil hasara çırpılıb, sürücü ölüb

Salyanda avtomobil hasara çırpılıb, sürücü ölüb
# 20 mart 2017 09:04 (UTC +04:00)

Bu gün gecə saat 2.00 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində rayon sakini Fərhad Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı hasara vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR