“Niva” yaradıcısı ölüb

“Niva” yaradıcısı ölüb
# 20 mart 2017 10:37 (UTC +04:00)

Rusiyanın məşhur “Niva” markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, P. Prusov 76 yaşında vəfat edib.

P. Prusov 1972-ci ildə “Niva” layihəsinin rəhbəri təyin edilib. “Niva”-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. “Niva” dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.

P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər “AvtoVAZa” avtokonserninin baş mühəndisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR