Lukaşenko: Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb

Lukaşenko: Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb
# 20 mart 2017 12:19 (UTC +04:00)

Belarus üzərindən keçməklə Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlanıb.

APA-nın BelTA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili məsələlərinə həsr olunmuş toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

A. Lukaşenko hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR