Azərbaycan Super Liqasının simvolik yığması açıqlanıb

Azərbaycan Super Liqasının simvolik yığması açıqlanıb
# 28 mart 2017 08:12 (UTC +04:00)

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017 mövsümünün simvolik yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə olaraq qızıl medallara yiyələnən “Telekom”un 2 oyunçusu bu komandada yer alıb.

Belə ki, yarışın ən dəyərli voleybolçusu (MVP) adını Yelizaveta Səmədova qazanıb. O, bu titulu ötən il “Azərreyl”də oynamış Madison Kinqdondan təhvil alıb. Yığmamızın hücumçusu bununla kifayətlənməyib. Səmədova 9 nominasiyadan 3-də bütün rəqiblərini qabaqlayıb. “Telekom”un kapitanı MVP olmaqla yanaşı, ən yaxşı hücumçu və topu ən yaxşı oyuna daxil edən də seçilib.

Onun komanda yoldaşı Olena Həsənova isə blokçular arasında ən güclü olduğunu göstərib.

Çempionatın bombardiri bürünc mükafatçı Yelena Yakimçuk (“Azəryol”) olub. “Azəryol”un digər üzvü Yuliya Kərimova isə 2 - ən yaxşı libero və ən yaxşı toppaylayıcı mövqedə birinci olub.

Ümumilikdə, “doqquzluq”da çempion “Telekom”, həmçinin ikinci yeri tutan “Azərreyl” və bürünc medalçı “Azəryol” 2 oyunçu ilə təmsil olunub.

2015/2016 mövsümünün simvolik komandası

Ən dəyərli voleybolçu – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı bombardir – Yelena Yakimçuk (Azəryol)

Ən yaxşı toppaylayıcı – Danitsa Radenkoviç (Azərreyl)

Ən yaxşı blokçu – Olena Həsənova (Telekom)

Ən yaxşı hücumçu – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı libero – Yuliya Kərimova (Azəryol)

Topu oyuna ən yaxşı daxil edən – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı topqəbuledici – Malika Kanzonq (Azərreyl)

Ən yaxşı müdafiəçi – Yuliya Kərimova (Azəryol)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR