“Hüseyn Cavid. Pyeslər” kitabı çap edilib

“Hüseyn Cavid. Pyeslər” kitabı çap edilib
# 28 mart 2017 13:50 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi “Hüseyn Cavid. Pyeslər” kitabını çap edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kitabda Hüseyn Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb.

Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilib və yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb.

Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Yeni nəşr Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR