Azərbaycan avrokuboklara 2 klubla qatılacaq

Azərbaycan avrokuboklara 2 klubla qatılacaq
# 03 aprel 2017 08:03 (UTC +04:00)

Kişi voleybolçulardan ibarət Azərbaycan klubları yenidən avrokuboklarda iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, bununla, kişi voleybolunda 7 illik həsrət başa çatacaq.

6 mövsüm beynəlxalq yarışlardan kənar qalan təmsilçilərimiz yeni ildə avrokubokda mübarizə aparacaq. Özü də son 14 ildə olduğu kimi 1 deyil, 2003-cü ildə olduğu kimi 2 klubumuz qitə miqyaslı yarışa qatılacaq. Bunlar az öncə başa çatan Yüksək dəstənin çempionu “Lokomotiv” və “Neftçi”di.

Əldə etdiyimiz məlumata görə, komanda rəhbərliyi artıq yeni mövsümün planlarını da cızmağa başlayıb. “Neftçi”dən fərqli, “Lokomotiv” daha güclü oyunçularla güclənməyi də planlaşdırır.

Qeyd edək ki, kişi voleybolçuların yarışında debütümüz “Azəroil”lə olub. Bakını təmsil edən bu komanda 2001/02 mövsümündə “Top komandalar” kubokunda ilk oyununu “Kometa”ya (Macarıstan) qarşı keçirib. Hələlik 2010-cu ildə baş tutan son matçda da ölkəmizin idman şərəfini məhz “neftçilər” qoruyublar.

Ümumilikdə avrokubokda 2 təmsilçimiz çıxış edib. “Azəroil” (2002-ci ildən “Azərneft” adlanıb - red) 9, “Metro” 2 mövsüm qitəmiqyaslı klub turnirlərinə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR