Kulis.az internet jurnalının 6 yaşı tamam olur

Kulis.az internet jurnalının 6 yaşı tamam olur
# 04 aprel 2017 13:40 (UTC +04:00)

Bu gün “APA Holding”ə daxil olan Kulis.az internet jurnalının 6 yaşı tamam olur.

APA-nın məlumatına görə, Kulis.az "Lent.az" İnformasiya Agentliyinin mədəniyyət layihəsi kimi 2011-ci ilin aprel ayının 4-dən fəaliyyət göstərir.

İnternet-jurnal milli və bəşəri mədəni prosesin bütün çalarlarını Azərbaycan oxucusuna təqdim edir.

Dərgidə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən ədəbiyyat, teatr, kino eləcə də televiziya haqqında analitik yazılar çap edilir. Oxucular burda eyni zamanda Azərbaycanda, eləcədə dünyada gedən mədəni proseslər, ədəbiyyat hadisələri, kinoda, teatrda baş verən yeniliklərlə tanış ola bilirlər.

Elektron dərgidə vaxtaşırı Azərbaycanın tanınmış yazıçıları, mədəniyyət və incəsənət adamları ilə müsahibələr dərc edilir.

Dərgi ancaq internetdə yayımlanır və hər gün yenilənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR