Argentina səfiri Tərcümə Mərkəzində olub

Argentina səfiri Tərcümə Mərkəzində olub
# 04 aprel 2017 13:41 (UTC +04:00)

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva, Argentinanın Azərbaycandakı konsulu Eduardo Kavallero Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

APA-nın məlumatına görə, görüş zamanı ispan dilinə tərcümə prosesində olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın (nəsr və poeziya) bu il Argentinada çapı, ölkə kitabxanalarına və universitetlərə yerləşdirilməsi, həmçinin nəşrin Cənubi Amerikanın digər ölkələrində, habelə İspaniyada yayımı və gələn il Buenos Ayresdə keçiriləcək beynəlxalq kitab yarmarkasında təqdimatı ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR