Nazir müavini: “Standartlara uyğun olmadığı halda, ulduz yapışdıran hotellər cərimələnməlidir"

Nazir müavini: “Standartlara uyğun olmadığı halda, ulduz yapışdıran hotellər cərimələnməlidir"
# 04 aprel 2017 15:23 (UTC +04:00)

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi qanunlara əməl etməyən otellərə qarşı cərimələrin tətbiq olunmasını təklif edir.

APA-nın məlumatına görə, bu təkliflə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında çıxış edib. O bildirib ki, standartlara uyğun olmayan sayda ulduz yapışdıran hotellərə qarşı maddi sanksiyalar tətbiq olunmalıdır: “Azərbaycanda 554 hotel qeydiyyata alınıb. Amma yalnız 130-u sertifikatlaşdırmadan keçib. Ola bilər ki, onlar daha çox ulduz yapışdırırlar, amma sanksiyalar yoxdur. Amma buna görə sanksiyalar - cərimə tətbiq olunmalıdır. Əgər bu standarta uyğun deyilsənsə, niyə 3-4 ulduz yapışdırırsan? Bunun üçün cərimə tətbiq olunmalıdır”.

Nazir müavini hesab edir ki, Dövlət Turizm Reyestinin yaradılması çox vacibdir: “Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir. Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər mövcuddur. Amma bu standartların olması məcburi şərt deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR