Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir
# 06 aprel 2017 10:32 (UTC +04:00)

"Baku Expo" Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər - “AITF 2017” sərgisinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, bu regionda ən böyük sərgidir. O deyib ki, sərginin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb.


Sərgidə 20 ölkəni təmsil edən 272 şirkət iştirak edir. 17 milli və regional stendin təmsil olunduğu sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, turizm sahəsinin digər xidmət növləri təqdim olunur.

“AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR