Yazıçılar Birliyində argentinalı yazıçısı Silvia Zimmermanla görüş keçirilib

Yazıçılar Birliyində argentinalı yazıçısı Silvia Zimmermanla görüş keçirilib
# 06 aprel 2017 13:08 (UTC +04:00)

Yazıçılar Birliyində argentinalı yazıçısı, xanım Silvia Zimmermanın iştirakı ilə dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, ilk dəfədir YB-də Latın Amerikası yazıçısı haqqında tədbirin keçirildiyini diqqətə çatdıran qurumun sədri Anar Latın Amerikası ədəbiyatının dünya ədəbiyyatına böyük tövfə verdiyini söyləyib. Bir neçə Latın Amerikası ədibinin əsərlərini Azərbaycan dilinə tərçümə etdiyini deyən Anar Azərbaycan yazıçılarının Latın Amerikasında az tanındığını təssüflə vurğulayıb: "Biz Kamal Abdullanın kitabının Braziliyada dərc olunmasını böyük sevinclə qarşıladıq. Mənim kitabım Kubada çıxıb. İstərdik ki, bizim digər yazıçılarımızın əsərləri də ispan və portuqal dilinə tərcümə edilərək dünyanın böyük hissəsini əhatə edən Latın Amerikasında yayılsın. Bu görüşümüz bu işin başlanğıcıdır".

Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rika bildirib ki, Silvia Zimmerman məhşur argentinalı yazıçı Xorxe Luis Borxesin tələbəsi olub və onunla uzun illər bərabər çalışıb. O, ədəbiyyat vasitəsilə ölkələrin yaxınlaşdığını deyib.

S. Zimmerman tədbir iştirakçılarına dünya və Argentina ədəbiyyatında böyük yer tutan Xorxe Luis Borxes barədə danışıb. Azərbaycana Novruz bayramı vaxtı gəldiyini söyləyən S. Zimmermanın sözlərinə görə Borxes bayram vaxtı Azərbaycana gəlsəydi, mütləq bir kitab yazardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR