Truskavets meri: “Ötən il şəhərimizdə 7 min azərbaycanlı istirahət edib”

Truskavets meri: “Ötən il şəhərimizdə 7 min azərbaycanlı istirahət edib”
# 07 aprel 2017 10:01 (UTC +04:00)

“Ötən il Ukraynanın Truskavets şəhərində 7 min azərbaycanlı istirahət edib”.

APA-nın məlumatına görə, bunu Truskavets şəhərinin meri Andrey Kulçinskiy deyib.

O bildirib ki, əvvəlki illə müqayisədə artım iki dəfə çoxdur: “Bu tendensiya davam edir. Azərbaycanlılara yüksək xidmətin göstərilməsi davam edəcək".

Son bir neçə ayda dörd dəfə Azərbaycanda olan A. Kulçinskiy Truskavetsdə istirahət edənlərin 25 faizinin azərbaycanlılar olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR