İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyət Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyət Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
# 07 aprel 2017 11:17 (UTC +04:00)

İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətin baş katibi, professor fizika-riyaziyyat elmləri doktoru Marat Zahidov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

Platformanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“İnsanların sülh içində yaşamaq hüququ var. Bu səbəbdən müharibəyə “yox” deyib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək zəruridir. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini anlayıram. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm.

Əsrlərlə sülh və qardaşlıq içində birgə yaşayışın nəticəsində erməni və Azərbaycan xalqlarının ümumi ənənələri olub. Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm.

Yuxarıda qeyd olunan səbəblərə görə təmsil etdiyim təşkilat adından bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR