Lukaşenko: "MDB postsovet məkanındakı münaqişələrin həllində aktiv rol oynamalıdır"

Lukaşenko: "MDB postsovet məkanındakı münaqişələrin həllində aktiv rol oynamalıdır"
# 07 aprel 2017 13:15 (UTC +04:00)

“MDB ölkələri postsovet məkanında mövcud olan münaqişələrin həllində aktiv rol oynamalıdır”.

APA-nın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Mir” kanalına müsahibəsində deyib.

O bildirib ki, bu münaqişələrin həllində insanların maraqlarından çıxış etmək lazımdır: “Biz MDB çərçivəsində Dnestryanı, Dağlıq Qarabağ və Donbas məsələsini həll etməliyik. Amma bunu etmirik. Ona görə yox ki, bunu etmək olmaz, ona görə ki, müxtəlif maraqlar mövcuddur. Problem isə həll olunmalıdır. Dağlıq Qarabağda müəyyən müharibə problemləri ilə üzləşən insanlar yaxşı yaşayırlar? Onlar sadəcə yaşayırlar və gözləyirlər ki, sabah nə baş verəcək, başlarına bomba düşəcəkmi. Bu normaldır? Normal deyil. Bu kimə faydalıdır? Heç kimə. Gələcəyə baxmazdan əvvəl MDB-də olan bu münaqişələri həll etmək lazımdır. Bu məsələləri həll etməklə, işləməli olduğumuz yeni strateji istiqamətləri görəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR