Əbülfəs Qarayev: "Turizminin ÜDM-də payı 4%-dən artıqdır"

Əbülfəs Qarayev: "Turizminin ÜDM-də payı 4%-dən artıqdır"
# 07 aprel 2017 13:45 (UTC +04:00)

"Azərbaycan turizminin Ümumi Daxili Məhsulda payı 4%-dən artıqdır. Bu, kifayət qədər böyük rəqəmdir".

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan-Avstriya turizm proqramının 10 illik yubileyi ilə bağlı "Azərbaycan-Avstriya Turizm Proqramı: Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, proqnozlara əsasən Azərbaycan turizminin 2025-ci ilə kimi ÜDM-də payı 8% olacaq. Onun sözlərinə görə, turizm sənayesi ölkənin qeyri-neft sektoruna öz töhfəsini verməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR