Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək
# 08 aprel 2017 08:55 (UTC +04:00)

Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Qazaxıstanın Qızılorda vilayəti administrasiyası və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 12-15-də Bakı və Şəkildə bir sıra tədbirlər təşkil olunacaq. Bu tədbirlərin məqsədinin iki ölkə arasında dost münasibətləri və mədəniyyət əlaqələrini daha da inkişaf etdirmək olduğu deyilir.

Mədəniyyət Günləri çərçivəsində Mirzə Fətəli Axundovun “Misyo Jordan və dərviş Məstəli şah” povesti əsasında Qızılorda vilayət musiqili dram teatrı tərəfindən səhnələşdirilmiş teatr tamaşası səhnəyə qoyulacaq və Qızılorda vilayət Filarmoniyasının konsert proqramı təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR