Bakıda turizm mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda turizm mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir
# 08 aprel 2017 08:53 (UTC +04:00)

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər" mövzusunda III beynəlxalq elmi-praktiki konfransın açılışı olub.

APA-nın xəbərinə görə, ATMU-nun rektor səlahiyyətlərini icra edən Eldar Aslanov bildirib ki, universitet kadr hazırlığı ilə yanaşı turizm sahəsində elmi-tədqiqatların aparılmasına, respublikada, xarici ölkələrdə fəaliyyət göstərən alimlərin bir araya gətirilərək fikir mübadiləsinin təşkilinə xüsusi önəm verir.

Onun sözlərinə görə, hər bir sahədə olduğu kimi turizm sektorunun inkişaf etdirilməsi elmi əsaslara, elmi tədqiqatlara söykənməlidir.

E. Aslanov qeyd edib ki, ənənəvi olaraq keçirilən konfransda 5 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Gürcüstandan olan tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair 33 məruzə dinləniləcək.

Qeyd olunub ki, konfransda 4 bölmədə iştirakçılar fikir mübadiləsi aparacaq, XXI əsrdə turizmin dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi və s. haqda məlumat verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR